Yoldan keçən maşınlara “silah” tuşladı: DİN-dən açıqlama – Video

Yoldan keçən maşınlara “silah” tuşladı: DİN-dən açıqlama – Video

Sosial şəbəkələrdə Azərbaycanda bir nəfərin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

Hadisə ictimaiyyət tərəfindən etirazlara səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin psixi problemləri olan şəhər sakini Ə.Gülməmmədovun olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb.

Polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib”.

Teqlər: