Yol polisləri maşını yanmaqdan xilas etdi – Video

Yol polisləri maşını yanmaqdan xilas etdi – Video

Gəndob-Yalama yolunun 28-ci kilometrində, meşə yanğınları baş verən ərazidə sürücüsü tapılmayan VAZ-2107 markalı avtomobil yanğından mühafizə olunub.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, sürücü avtomobili yolun kənarında saxlayaraq gedib. Bu zaman yanğın yola qədər gəlib. Maşının yanacağını görən yol polisləri və Post Patrul Xidməti əməkdaşları onu yanğın olan ərazidən uzaqlaşdırıblar.

Teqlər: