Yol polisi piyadalara müraciət edib: Ciddi narahatlıq var

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda piyada səhlənkarlığı və sürücü diqqətsizliyi nəticəsində ağır yol nəqliyyat hadisələrinin baş verməsi və insan təlafatı ciddi narahatlıq doğurur.

Bunu AzerTimes-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, artıq bir neçə ildir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticəsi kimi bütün parametrlər üzrə təhlükəsizlik səviyyəsinin artırılmasına nail olunub: “Lakin buna baxmayaraq, hələ də piyadavurma halları ümumi hadisələrin 50 %-ni təşkil edir.

Piyadavurma hallarının qarşısının alınması məqsədilə vətəndaşların daha diqqətli olmalarını, hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin onları gördüyünü və onlara yol verdiyinə əmin olduqdan sonra piyadalar üçün nəzərədə tutulmuş zolağa daxil olmalarını tövsiyə edirik. Əks halda, piyadaların vurulması hadisəsi baş verir ki, bu da ağır nəticələrə səbəb olur”.

Teqlər: