Azərbaycanda bir çox xəstəliklər üzrə uşaqların 90 faizi peyvənd olunub

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda bir çox xəstəliklər üzrə uşaqların vaksinasiyası 90 faiz üzərindədir.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib. O bildirib ki, ağır allergiyanın aktiv mərhələsində uşaqlar peyvənd olunmaya bilər, amma digər hallarda onlara vaksin vurulması məsləhətdir: “Ürək xəstəliyi olan uşaqlarda isə peyvəndin vaxtında vurulması vacibdir. Yay aylarında uşaqlara vaksin vurula bilər, bu, əks göstəriş deyil.

Digər tərəfdən, “Sinovac” və “Pfizer” peyvəndləri hər insana vurula bilər və təhlükəli deyil. Bu peyvəndlər immuniteti aşağı olan insanlara da tövsiyə olunur. Peyvəndlər xroniki problemi olan uşaqlara da vurulmalıdır. Həmçinin, araşdırmalara görə, ümumilikdə 1 yaş altında uşaqlar ağır xəstəlikləri daha çox və xroniki xəstəlikləri daha ağır keçirirlər”.

Teqlər: