Yıldırım və Ayrımın qəzaya düşdüyü avtomobil – Foto

Yıldırım və Ayrımın qəzaya düşdüyü avtomobil – Foto

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, Türkiyə sosial şəbəkələrində Yıldırım və Ayrımın olduğu iddia edilən maşının qəzadan sonrakı fotosu paylaşılıb.

Qeyd edək ki, hər üç şəxsin səhhətinin qaydasında olduğu bildirilib.

Teqlər: