Yığmamız Türkiyə ilə qarşılaşacaq

Yığmamız Türkiyə ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.

AzerTimes xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.

Teqlər: