Yığmamız Monqolustanla üz-üzə gəlir

Yığmamız Monqolustanla üz-üzə gəlir

Bakıda Azərbaycan və Monqolustan yığmaları arasında “FİFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü keçirilir.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Azərbaycan yığması oyuna bu heyətlə başlayıb:

12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7. Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8. Emin Mahmudov, 4. Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev.

Məşqçi: Arif Əsədov.

Monqolustan millisinin start heyəti aşağıdakılardır:

1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8. Batmunh, 5. Chinzoriq, 4. Qreyt-old, 9. Oyunbaatar, 3. Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka.

Komandalar fasiləyə 0-0 hesablı bərabərliklə yollanıb.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

Teqlər: