Yevlaxda yaşayış binasında yanğın oldu

Yevlaxda yaşayış binasında yanğın oldu

Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə və mətbəxinin yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb.

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

Teqlər: