Yevlaxda qadın sürücü avtomobilini aşırdı

Yevlaxda qadın sürücü avtomobilini aşırdı

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə Qaraoğlan kəndi ərazisindəki magistral yolda baş verib.

Məlumata görə, qadın sürücü idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: