Yevlaxda polis qəza törətdi: yaralananlar var

Yevlaxda polis qəza törətdi: yaralananlar var

Yevlax rayonunun Gülövşə kəndi yaxınlığından keçən magistral yolda iki avtomobil toqquşub.

AzerTimes xəbər verir ki, VAZ-21099 və VAZ-21012 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

İlkin məlumata görə, avtomobillərdən birinin sükanı arxasında Yevlax rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin Rövşən adlı əməkdaşı olub. Onun polis serjantı vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: