Yevlaxda motosiklet yük maşını ilə toqquşub, ölən var (FOTO)

Yevlax. Trend:

Yevlaxda yük maşını motosikletlə toqquşub, bir nəfər dünyasını
dəyişib.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, ağır yol-nəqliyyat
hadisəsi Yevlax-Bərdə yolunda qeydə alınıb.

45 yaşlı Ayaz Kamal oğlu Hümbətovun idarə etdiyi yük avtomobili
ilə 37 yaşlı Tural Eyvaz oğlu Qasımovun idarə etdiyi motosiklet
toqquşub. Qəza zamanı motosikletin sürücüsü hadisə yerində
dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: