Yevlaxda kənd yolu təmir olunur (FOTO/VİDEO)

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət
Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin
olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun əsaslı təmiri
işləri icra olunur.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, başlanğıcını
respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı
km-dən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5.5 km-dir.
Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər
bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Uzun illər təmir olunmadan istismar olunan olan yolda xüsusən
payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də
vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
Yenidənqurma işləri ilə sadalanan problemlər artıq geridə
qalır.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10
metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və
kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə
224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların
tikintisi, həmçinin mövcud boruların bərpası işləri görülüb. Daha
sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi
işləri aparılıb.

Hazırda Tanrıqulular kənd yoluna yeni asfalt-beton örtüyünün
döşənməsi işləri icra olunur. Ümumilikdə yola 2 qat olmaqla yeni
asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlər
ərazində yekunlaşdırılması planlaşdırılır.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra
zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, həmçinin
dayanacaq quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin
çəkilişi işləri aparılacaq.

Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi
mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən
küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi
üçün yeni yol infrastrukturunun yaradılması 2800 nəfər əhalinin
yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək,
kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Teqlər: