“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)

“Yevlax Pilot Aqropark”ın rəmzi açılış mərasimi olub.

AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“Həmkarlar və sahibkarlarla birgə “Yevlax Pilot Aqropark”ının rəmzi açılışında və ərazidəki bağda ilk meyvə ağaclarının əkilməsində iştirak etdik, iş adamlarını dinlədik.

Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş bu aqroparkın ilk rezidenti “İsfa” MMC-yə fəaliyyətində uğurlar arzulayırıq”, – deyə nazir bildirib.

Teqlər: