Yermak Türkiyə kəşfiyyatının rəhbəri ilə görüşdü

Yermak Türkiyə kəşfiyyatının rəhbəri ilə görüşdü

Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan ilə görüşüb.

AzerTimes xəbər verir ki, Yermak bu barədə Tvitter səhifəsində yazıb.

Yermak 215 ukraynalı hərbçinin azad edilməsinə şərait yaratdığına görə Fidana təşəkkür etdiyini və gələcəkdə Türkiyə ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

“Ukrayna Türkiyənin etibarlı tərəfdaşlığını yüksək qiymətləndirir və gələcəkdə də sıx əməkdaşlığı səbirsizliklə gözləyir”, – deyə Yermak əlavə edib.

Teqlər: