Yerevanda onlarla insan qidə zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib

Ermənistanın paytaxtı Yerevanda 60-a yaxın insan qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: “Tashir Pizza” iaşə məntəqələrində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin sayı 57 nəfərə çatıb”.

Bildirilir ki, onlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər, ölkənin səhiyyə naziri zəhərlənənlərin müalicə prosesi ilə yerlərdə tanış olub.