Ermənistanın paytaxtı Yerevanda 60-a yaxın insan qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirlib.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında deyilir: “Tashir Pizza” iaşə məntəqələrində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin sayı 57 nəfərə çatıb”.
Bildirilir ki, onlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər, ölkənin səhiyyə naziri zəhərlənənlərin müalicə prosesi ilə yerlərdə tanış olub.