Yerevanda itkin düşmüş hərbçilərin yaxınları aksiya keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, onlarla etirazçı baş nazir Nikol Paşinyanla görüş tələb edir.


Qeyd olunur ki, əsgər yaxınları Yerevanın mərkəzi prospektini hərəkətə bağlayıb. Onlar N.Paşinyanla görüşməyənədək oranı tərk etməyəcəyini bildirib.