Yerevanda istilik elektrik stansiyasında yanğın olub

Ermənistanın paytaxtı Yerevanda yerləşən istilik elektrik stansiyasında yanğın baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib. Yerli vaxtla təxminən saat 19:00-da yanğını lokallaşdırmaq mümkün olub.

Yanğının səbəbi barədə məlumat verilmir.