Yerevanda Holokost qurbanlarının xatirəsinə həsr olunmuş abidə təhqir olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda İkinci dünya müharibəsində Holokost qurbanlarının xatirəsinə həsr olunmuş abidə təhqir olunub.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan polisinin rəsmi nümayəndəsi məlumat verib.

Qeyd olunur ki, naməlum şəxs abidənin üzərinə qırmızı boya töküb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.