Yerevanda atışma – Bələdiyyə başçıları yaralanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda gecə saatlarında atışma baş verib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar arasında Yerevan bələdiyyələrinin başçıları da var.

Qeyd olunur ki, atışma kazinonun qarşısında baş verib. İnsidentlə əlaqədar Ermənistanın şəhərlərindən birinin meri axtarışa verilib.

Teqlər: