Avropa alimləri Yer Kürəsinə yaxınlaşan “2015 RN35” asteroidini müəyyən ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
“2015 RN35″ asteroidi kifayət qədər böyükdür və astronom-həvəskarlar müşahidə edə biləcəklər”, – deyə bildirilib.
“Deyli Ekspress” qəzeti yazır ki, göy cisminin diametri 140 metrə çatır və planetimizə 680 000 km-yə qədər yaxınlaşacaq ki, bu da bəşəriyyət üçün hər hansı təhlükə törətmir. Britaniya jurnalistləri “2015 RN35″i “Milad asteroidi” adlandırıblar.