Yeniyetmə cüdoçularımız Fransada Avropa kuboku yarışının ilk günündə 7 medal qazanıblar

Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçular arasında
keçirilən Avropa kuboku yarışının birinci günündə komandamız uğurla
çıxış edərək biri qızıl, ikisi gümüş, 4-ü bürünc olmaqla, 7 medal
qazanıb.

Trend xəbər
verir ki, cüdoçularımızdan Nizami İmranov (60 kq) bütün rəqiblərini
məğlub edərək qızıl medala sahib olub. Məhəmməd Musayev (55 kq) və
Nicat Nağıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal
qazanıblar. Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil
Yusubov (66 kq), Xalid Məmmədov (50 kq) isə üçüncü yeri
tutublar.

Bu nəticə ilə Azərbaycan komandası ümumi hesabda ikinci pillədə
qərarlaşıb.

Aprelin 24-də yekunlaşacaq Avropa kuboku turnirində 20 ölkədən
366-ya yaxın cüdoçu mübarizə aparır. Azərbaycan yarışda, ümumilikdə
18 idmançı ilə təmsil olunur.

Teqlər: