BMT baş katibi Quterreş Türkiyəyə səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş
gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün
Moskvaya, daha sonra prezident Vladimir Zelenski ilə danışıqlar
aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

Trend xəbər
verir ki, bu barədə təşkilatın şənbə günü yaydığı bəyanatda
bildirilir.

Məlumatda bildirilir ki, A. Quterreş bazar ertəsi Türkiyə
paytaxtına səfər edəcək və burada prezident Rəcəb Tayyib Ərdoğan
tərəfindən qəbul ediləcək.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits aprelin 18-də
bildirmişdir ki, Türkiyə Ukrayna və Rusiya arasında humanitar
danışıqlar üçün dəyərli vasitəçidir.

Xatırladaq ki, daha əvvəl BMT baş katibin Rusiya və Ukraynaya
səfər edəcəyi barədə məlumat yaymışdır.

Teqlər: