Yeni XİN rəhbəri də ilk danışığını Kuleba ilə apardı

Yeni XİN rəhbəri də ilk danışığını Kuleba ilə apardı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Böyük Britaniyanın yeni xarici işlər naziri Ceyms Kleverlinin telefonla danışdığı ilk xarici rəsmi şəxs olub.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı nazir Tvitterdə yazıb.

“Britaniyalı həmkarım ilə danışıqlar apardım. Bizim bir məqsədimiz var: Ukrayna qalib gəlməlidir. Gəlin dünyanın qalan hissəsini buna inandırmaq üçün birlikdə fəal çalışaq – xüsusən də hələ də şübhələri olanlar üçün. Bu, həmkarımın ilk telefon zəngidir və bu fakt öz sözünü deyir”, – o qeyd edib.

Sentyabrın 6-da Böyük Britaniyanın keçmiş xarici işlər katibinin müşaviri və təhsil naziri C.Kleverli Baş nazir Liz Trussın ofisində xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, ötən gün Baş nazir təyin olunan Liz Trass da ilk telefon danışığını Ukrayna Prezidenti Vladimir Zelenski ilə aparmışdı.

Teqlər: