Bütün cəbhə xəttində döyüşlər gedir – Malyar

Bütün cəbhə xəttində döyüşlər gedir – Malyar

Bütün cəbhə xəttində döyüşlər gedir, Silahlı Qüvvələrin müəyyən uğurları var.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Bizim 1300 km aktiv döyüş əməliyyatlarımız var, ümumilikdə isə cəbhə xətti 2500 km uzunluğundadır. Deməli, bütün bu 1300 km-də aktiv döyüşlər gedir, yəni burada ayrı-ayrı regionu qeyd etməyə ehtiyac yoxdur, çünki hərbi əməliyyatlar gedir. Hər yerdə gedir. Əgər biz cənubdan, şərqdən danışırıqsa, deməli, biz müdafiə əməliyyatını davam etdiririk ki, bu da faktiki olaraq bütün tədbirləri özündə ehtiva edir.Və bu, hücum xarakterli tədbirlərin bir hissəsidir”, – Malyar qeyd edib.

Teqlər: