Yeni təyin olunan nazir əvəzi kimdir? – Dosye

Yeni təyin olunan nazir əvəzi kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bu sərəncamla o, mədəniyyət naziri təyin olunanadək həmin vəzifəni müvəqqəti icra edəcək.

AzerTimes xəbər verir ki, Adil Qabil oğlu Kərimli 1979-cu ildə doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

Bu təyinata qədər Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb.

2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib. Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

O, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrində və bir sıra ölkələrdə təşkil olunan Azərbaycan mədəniyyəti günləri üzrə İşçi Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi də çalışıb.

“Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi Qrupuna rəhbərlik edib. Eyni dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsində fəaliyyət göstərib.

Teqlər: