Yeni Samsung Galaxy S22 seriyasının təqdimatı (FOTO)

Elektronika nəhəngi Samsung-dan möhtəşəm təqdimat! Şirkət GALAXY
S22 adlı yeni smartfon seriyasını 4 mart tarixində ictimaiyyətə
təqdim edəcəyini bildirmişdi . Nəhayət ki, o gün gəldi çatdı. Bu
gün Gürcüstanda möhtəşəm təqdimat baş tutdu. İnnovativ
texnologiyaların sərgiləndiyi təqdimata Azərbaycandan məhşur
simalar da dəvətli idi. Bundan başqa tədbirdə ən son
texnologiyaları və yenilikləri izləyən məhşur media nümayəndələri
iştirak edib. Galaxy S22 texnologiya sevərlərin də çox böyük
marağına səbəb olub. S seriyasına gətirdiyi yeniliklər iştirak edən
hər kəsin diqqətini çəkə bilib.

Təqdimat zamanı yeni S22 smartfonu öz nəslinin əvvəllki
nümayəndələri ilə müqayisə olunub. Tədbirdə Samsung öz
smartfonlarının davamlı yenilənən göstəricilərini bu smartfonda
daha da təkmilləşdirdiyini göstərərək istifadəçilərini
sevindirib.

Seriya S22, S22+ və S22 ULTRA adlanır. S seriyasının yeni ən
yüksək seqment smartfonu S22 təkcə S21 seriyasının özəlliklərini
daşımır. Eyni zamanda Note seriyasının da xüsusiyyətlərini özündə
birləşdirərək daha üstün texnologiyaya çevrilib. Bu smartfonda
əvvəlki modellərə nisbətdə dörd nano metrlik arxitektura əsasında
Snapdragon 8-lə daha gücləndirilmiş prosessora keçid ediblər. Əsas
kameranı təkmilləşdirərək 50 MP-ə qaldırıblar. Ekran ölçüsü digər
modellərə nisbətən kiçildilərək 6.1 düyümə endirilib. 120 Hz ekran
yenilənmə tezliyi ilə istər oyun zamanı istərsə də film izləyərkən
görüntünü daha axıcı və canlı edir. Super Amoled ekrana sahib bu
yeni modelin üstəlik, ekran parlaqlığı da yüksək səviyyəyə
daşınıb.

Əgər siz də bu smartfona sahib olmaq istəyirsinizsə xüsusi
kampaniyadan yararlana bilərsiniz. Belə ki, kampaniya şərtlərinə
görə Galaxy S22/Galaxy S22+ modellərini alanlara Galaxy Buds2 və
25w/45w enerji doldurma cihazı, Galaxy S22 Ultra alanlara isə
Galaxy Buds Pro və 45 vatt gücündə enerji doldurma cihazı hədiyyə
olunacaq.

Kampaniya yalnız 05.03.2022-25.03.2022 tarixlərində
keçərlidir

Teqlər: