Yeni reallıqlar fonunda Cənubi Qafqaz regionundan yükdaşımalar artmaqda davam edəcək – Vasif Əmiraslanov (FOTO)

Yeni reallıqlar fonunda Cənubi Qafqaz regionundan yükdaşımalar
artmaqda davam edəcək.

Trend-in
məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin rəisi Vasif Əmiraslanov “Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf
perspektivləri” mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, nazirlik gömrük prosedurlarının və tarif
siyasətinin sadələşdirilməsi prosesində TRACECA-nı dəstəkləməyə
davam edəcək.

“Nazirliyimiz beynəlxalq yükdaşımaları həyata keçirən şirkətlərə
xüsusi diqqət ayırır. Azərbaycan nəqliyat dəhlizlərinin
şaxələndirilməsini və nəqliyyat layihələrinə dövlət dəstəyinin
göstərilməsini hədəfləyir. Ölkəmiz beynəlxalq nəqliyyat
layihələrinin iştirakçısıdır. Bu gün artıq İranla sərhəddə dəmir
yolunun tikintisi üzrə işlər başa çatıb, “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üzrə işlər aparılır”, –
deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)