İrəvan hakimiyyəti ictimaiyyəti və müttəfiqi Rusiyanı ölkənin KTMT-dən çıxmasına hazırlayır. Mahiyyət etibarilə neytral ölkə formatında NATO-nun qanadı altında faktiki keçid elan edilib.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan Paşinyanın Britaniyanın “Teleqraf” nəşrinə son müsahibəsindəki bəyanatlarını şərh edərkən deyib.
“Belə məlumatların məhz bu dövrdə, yeni konstitusiya mövzusu müzakirə edildikdən sonra verilməsini təsadüfi deyil. Hakimiyyət yeni konstitusiyanın qəbulunun əsas məqsədlərini mahiyyətcə təkzib etmir. Məsələn, müstəqillik bəyannaməsinin rədd edilməsi, “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasının təşviqindən və “tarixi ədaləti”i bərpa etməkdən imtina. Bütün bu addımlar ölkəyə neytral mövqe tutmağa imkan verəcək və bu, əslində KTMT-dən çıxmaq, Rusiya hərbi bazasını çıxarmaq imkanı verəcək. AB-nin Ermənistandakı mülki missiyasının mandatı elədir ki, missiya bir gecədə sülhməramlı missiyaya çevrilə bilər və Birliyin hərbi komponenti olmadığı üçün bu komponent NATO tərəfindən təmin edilir. Buna nail olmaq üçün İrəvan Ermənistanı neytral ölkə elan etmək yolunu seçib. İndiki şəraitdə Ermənistanın razılığı ilə yanaşı, həm İran, həm də Rusiya tərəfinin anlayışı lazımdır. Ümumilikdə bütün bu addımlar yalnız bir şeyə – Türkiyənin regionda güclənməsinə kömək edəcək, çünki Qərbin burada fiziki mövcudluq, xüsusən də hərbi mövcudluq imkanı yoxdur. İran və Rusiya tərəfindən bu cür anlaşmaya nail olmaq çətin olacaq, sözügedən keçid artıq bu ölkələrin milli maraqlarına toxunacaq. İran şimal sərhədlərində Qərbin və ya Türkiyənin hərbi mövcudluğuna dözməyəcək. Onsuz da sərhədlərinin əhəmiyyətli bir hissəsində türk hərbi varlığı var, bu hissədə yeganə parlaq nöqtə Ermənistanla sərhəddir. İran belə bir mövcudluğa icazə verə bilməz, bu, öz blokadasına könüllü razılaşmaqdır. Eyni şey regionu tərk edə bilməyən Rusiyaya da aiddir. Çünki bu, onun sərhədlərini Şimali Qafqaz və Mərkəzi Asiyaya açacaq, hər iki halda Rusiya sərhədləri çox həssasdır. Bu proseslər mahiyyət etibarı ilə dövlətin dağılması da daxil olmaqla, çox ciddi təhlükəsizlik problemlərinə səbəb ola bilər”, – o bildirib.