ABŞ Konqresinin təsdiq etdiyi 1 trilyon dollarlıq infrastrukturun inkişafı planı ölkəyə Çin və digər böyük ölkələrlə iqtisadi rəqabətdə qalib gəlməyə imkan verəcək.
Trend xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, plan çərçivəsində milyonlarla iş yeri yaradılacaq. Amerika lideri əmindir ki, plan 21-ci əsrdə Çin və digər böyük ölkələr ilə iqtisadi rəqabətdə qalib gəlməyə imkan verir.
Ölkənin infrastrukturunun inkişafı planı cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Bayden sənədi tezliklə imzalayacağını vəd edib.