Almaniya Əfqanıstana nümayəndə göndərir

Almaniya hökuməti Əfqanıstanın hazırkı hökuməti ilə münasibətlərə yenidən baxmağı planlaşdırır.

AzerTimes-ın məlumatına görə, yaxın günlərdə vəziyyəti yerində araşdırmaq üçün diplomat Markus Potzel Əfqanıstana göndəriləcək.

Potzel alman diplomatlarının müvəqqəti olaraq ölkəyə necə qayıda biləcəyini öyrənəcək. Bundan əlavə, Baş Prokurorluq Taliban hərəkatı ilə bağlı hüquqi məsələləri yoxlayır, çünki Almaniyada bu təşkilat terror qruplaşması kimi qiymətləndirilir.

Bu kimi addımlar Almaniya Federativ Respublikası ilə Əfqanıstanın hakimiyyət orqanları ilə əlaqəni asanlaşdırmağa kömək edəcəkdir.