Yeni nəsil müharibə – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Qarabağda gedən 44 günlük müharibə yeni nəsil silahların
müharibəsi idi. Hətta bunu yüksək texnologiyalar müharibəsi kimi də
qiymətləndirmək olar.

Bu, texnoloji mövqedən 5-ci nəsil silahlara sahib olan
Azərbaycan ordusu ilə 2-ci nəsil silahlara sahib olan Ermənistan
ordusu arasında aparılan müharibə idi.

90-cı illərlə müqayisə etsək, bu gün ordumuzda vahid
komandanlıq, yüksək texnologiyalı silahlarımız mövcuddur. Həm də
xalq-ordu birliyi nümayiş olunur, cəbhədə ruh yüksəkliyi yüksək
səviyyədədir…

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Yeni nəsil müharibə” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları Milli Dirçəliş Hərəkati Partiyasının sədri Fərəc Quliyev,
hərbi ekspertlər Ədalət Verdiyev, Elxan Şıxəliyev və Elmar Hüseyn
mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: