“Yeni metrostansiyaya “8 Noyabr” adının verilməsi alqışlanmalıdır” – Naqif Həmzəyev

Bakıda yeni metrostansiyaya “8 Noyabr” adının verilməsi alqışlanmalıdır.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, yeni metro stansiyanın adının Zəfər günü ilə əlaqəli olması hər kəsi sevindirir: “Bildiyimiz kimi, Bakıda əhalinin, həmçinin turistlərin ən çox istifadə etdiyi nəqliyyatlardan biri məhz metrodur. Bu, ölkəyə gələn turistlərin və vətəndaşlarımızın hər an zəfər gününü xatırlamasına zəmin yaradır. Bu baxımdan metrostansiyaya “8 Noyabr” adının verilməsi olduqca qürurvericidir. Qələbə elə bir hadisədir ki, hər millətin, hər dövlətin taleyində nadir hallarda baş verə bilər. Biz də elə xoşbəxt xalqın nümayəndəsiyik ki, qələbəni dadmışıq. Fikrimcə, metrostansiyaların adlandırılması zamanı bu ənənə davam etdirilməlidir”.

Qeyd: Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

Teqlər: