Yeni layihə təhsil sisteminə yeni format gətirəcək – Nazir müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

İşçi qrupu tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsi təkmilləşdirilməlidir və işlənməlidir. Düşünürəm ki, bu sənəd Azəbaycanda təhsil sisteminə öz müsbət təsirini göstərəcək. Yeni layihə ilə təhsil sisteminə yeni format gətiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır. Nazir müavini qeyd edib ki, ölkədə çevik təhsil proqramları tətbiq olunmalıdır: “Hesab edirəm ki, çevik yanaşma mühüm şərtdir”.


Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən “Ali təhsil haqqında” yeni qanun layihəsi hazırlanır. Yeni qanun layihəsi bir neçə dəfə müzakirə edilib, bir sıra düzəlişlərin edilməsi təklif edilib. Hazırda qanun layihəsinin təkmilləşdirilməsi üzərində iş aparılır.

Teqlər: