Yeni Kaledoniyada vəziyyət ağırlaşır – Video

Yeni Kaledoniyada vəziyyət ağırlaşır – Video

Fransanın Yeni Kaledoniya ərazisində etiraz aksiyaları və toqquşmalar davam edir.

AzerTimes xəbər verir ki, bununla bağlı Türkiyə mediası görüntü paylaşıb.

Paylaşılan görüntülərdə etirazçılara qarşı zor tətbiq edildiyi görünür.

Qeyd edək ki, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafiq müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.

Son məlumata görə, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib. Baş verən etirazlar fonunda Prezident Makron adaya səfərə gedib.

Teqlər: