Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı – Video

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı – Video

Fevralın 21-də ildə Yeni Kaledoniyanın paytaxtı Numeada Fransa daxili işlər naziri Cerald Darmanin və dənizaşırı ərazilərə məsul nazir Mari Guevenuxun səfərinə etiraz olaraq aksiya keçirilib.

AzerTimes xəbər verir ki, aksiyanın başlıca məqsədi Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada siyasi tarazlığı dəyişmək üçün yerli səsvermə prosedurunda etmək istədiyi dəyişiklərə qarşı yönəlib.

Aksiya zamanı yenidən Azərbaycan bayrağı dalğalandırılıb.

Qeyd edək ki, bundan əvvəl də Yeni Kaledoniyada Fransa əleyhinə keçirilən etiraz aksiyalarında Azərbaycan bayrağı dalğalandırılmışdı.

Teqlər: