Yəməndə məscidə qumbara atıldı: ölü və yaralılar var

Yəməndə məscidə qumbara atıldı: ölü və yaralılar var

Yəmənin Hadramaut əyalətində məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, naməlum şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman əl qumbarası atıb.

Qeyd edilib ki, təhlükəsizlik orqanları həmin şəxsi saxlayıb.

Teqlər: