Yəmənin Ədən şəhərində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.
AzerTimes-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsindən ölənlər və yaralananlar var, lakin onların dəqiq sayı açıqlanmır.
Məlumata əsasən, partlayış Ədən şəhərinin hakimiyyət nümayəndələrinin olduğu avtomobil kortecinə yönəlib.
“Əl-Ərəbiyə” telekanalı öz növbəsində bildirir ki, avtomobilllərdən birində Ədən şəhər administrasiyasının rəhbəri olub.