Yəməndə güclü partlayış olub, ölənlər və yaralananlar var

Yəmənin Ədən şəhərində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

AzerTimes-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsindən ölənlər və yaralananlar var, lakin onların dəqiq sayı açıqlanmır.

Məlumata əsasən, partlayış Ədən şəhərinin hakimiyyət nümayəndələrinin olduğu avtomobil kortecinə yönəlib.

“Əl-Ərəbiyə” telekanalı öz növbəsində bildirir ki, avtomobilllərdən birində Ədən şəhər administrasiyasının rəhbəri olub.