Yəməndə 250 miqrantın olduğu qayıq batıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yəmən sahillərində 250 miqrantın olduğu qayıq batıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 25 nəfər həlak olub.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, qayıqda Afrika ölkələrindən qeyri-leqal miqrantlar olub.