Yelo Bank UNEC-də!

Yelo Bankın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas
istiqamətlərindən biri gənclərə dəstək məqsədli layihələrin
təşkilidir. Bu dəfə Yelo Bank-ın əməkdaşları UNEC-də tələbələrlə
interaktiv görüş keçirib. Görüşün əsas məqsədi onların iş həyatına
inteqrasiyasına dəstək olmaq, karyerasını bankda qurmaq istəyən
gənclərə mentorluq etməkdir.

Yüzə yaxın tələbənin qatıldığı tanışlıq sessiyası böyük marağa
səbəb oldu. Təqdimat zamanı Yelo komandası Yelo Bank-ın dəyərləri,
məhsulları və bankdakı karyera imkanları haqqında məlumat verdi.
Çıxışlardan sonra estafet tələbələrə ötürüldü. “Elevator peach”
adlı xüsusi tapşırıqda tələbələr səhnədə 30 saniyə ərzində özlərini
təqdim etdi və karyera hədəfləri haqda məlumat verdilər. İlk başda
3 tələbənin seçilməsi nəzərdə tutulsa da, proqressiv və aktiv
gənclərin çoxluq təşkil etməsini nəzərə alan Yelo Bank kollektivi 9
nəfər qalib seçdilər. Seçilmiş qaliblər Yelo Bank-ın təcrübə
proqramında iştirak hüququ qazandılar. Sonda isə maraqlı viktorina
təşkil edildi və seçilmiş tələbələrə Bankdan hədiyyələr təqdim
olundu.

Bank xidmətləri, o cümlədən, istehlak
krediti
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: