ÜST Azərbaycanda yeni içməli su standartı və qaydalarının hazırlanmasına dəstək göstərəcək

25-26 may 2022-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının
nümayəndələri və Milli İşçi Qrupun üzvləri arasında “İçməli su.
Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Dövlət
Standartlarının hazırlanması üzrə görüş keçirilib.

Bu barədə “Azərsu” ASC-dən AzerTimes-a bildirilib.

Görüşdə ÜST nümayəndələri bildiriblər ki, missiyanın məqsədi
Azərbaycanda yeni içməli su standartları və qaydalarının
hazırlanmasına texniki dəstək göstərməkdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Standartlaşdırma İnstitutu, Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin mütəxəssislərindən ibarət Milli İşçi Qrupunun təklif
etdiyi su standartı layihəsi müzakirə olunub, içməli suyun
təhlükəsizliyi planı, gələcək hədəflər, içməli suyun fiziki-kimyəvi
və bakterioloji parametrlərinin öyrənilməsi ilə bağlı müzakirələr
aparılıb. ÜST-nin ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib
və bu sahədə ən yaxşı təcrübələr barədə fikir mübadiləsi
aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında istehlakçılara verilən
içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul
etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir.
2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun
orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji
göstəriciləri öyrənilir.

Teqlər: