Aprel ayı Autizm Maarifləndirmə ayı kimi qeyd edilir. Bu
münasibətlə Yelo Bank-ın və “GID CSR Consulting”in birgə təşəbbüsü
ilə növbəti sosial tədbir həyata keçirilib. “Balaca əllərlə rəngli
yuvalar” adlı tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində baş
tutub. Layihənin əsas məqsədi Mərkəzdə müalicə alan uşaqlara erkən
yaşlarından təbiətdəki dostlarımıza qarşı mərhəmət, sevgi
hisslərini aşılamaqdır.
Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla
iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başladı və
daha sonra quşlar üçün yuvaların qurulması ilə davam etdi. Yekunda
uşaqlara Yelo Bank tərəfindən sertifikat və hədiyyələr təqdim
olundu. Uşaqların imzası ilə tamamlanmış quş evlərindən bir neçəsi
Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirildi,
digərlərini isə tezliklə Bakı şəhərindəki digər park ərazilərində
görə biləcəksiniz.
Xatırladaq ki, bu, Yelo Bank-ın sahibsiz heyvanların qayğısı
üçün həyata keçirdiyi ilk sosial layihə deyil. Bundan öncə bank əməkdaşlarının
övladları pişik evləri hazırlamış və küçə heyvanlarının
xüsusiyyətləri ilə və onlara düzgün rəftarla bağlı interaktiv
təlimdə iştirak etmişdi. Hazırda pişik evləri müxtəlif ictimai-iaşə
obyektlərinin qarşısında yerləşdirilib.
Yelo Bank autizmli və sağlamlıq imkanları məhdud olan uşaqlar
üçün daha gözəl bir mühitin formalaşdırılması naminə sosial
layihələrinə davam edəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!