İcbari Sığorta Bürosu haker hücumları ilə bağlı açıqlama yayıb

İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik
iş rejimində fəaliyyət davam etdirilməkdədir.

AzerTimes-ın məlumatına görə, bu
barədə büronun haker hücumları barədə yayılan məlumata
münasibətində deyilir

“Sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər
həyata keçirilməkdədir.
Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq
araşdırmalar davam etdirilir.

Nəticə barədə ictimayətə əlavə məlumat veriləcəkdir”, – büro
qeyd edir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan avtomobillərinin və
onların sahiblərinin, eləcə də hökumətə məxsus avtomobillərin bütün
məlumatlarının sındırılması ilə bağlı məlumatlar yayılmışdı.

Teqlər: