Yelo Bank-dan illik 11.5%-dək qazandıran yeni təklif

Yelo Bank-ın yeni əmanət faizini qaçırmayın! İndi Yelo Sabit
əmanətindən daha yüksək gəlir əldə edə bilərsiniz. Belə ki, manat
ilə 18 və 24 ay müddətlərinə yerləşdirilən əmanətlərə illik 11.5%
gəlir təklif olunur. Əmanətiniz Bankda etibarlı qorunmaqla yanaşı,
həm də qarşıdakı illərdə maliyyə təminatçınız olacaq.

Əmanətləri 24 ayadək müddətə yerləşdirmək mümkündür və müddətin
uzadılması avtomatikdir. Əmanət hesabı açmaq üçün tələb olunan
minimal məbləğ 100 AZN-dir. Üstəlik, əmanət gəlirlərini necə
alacağınızı özünüz seçirsiniz – istər müddətin sonunda, istərsə də
hər ay kart vasitəsi ilə.

Qeyd edək ki, Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin
Sığortalması fondunun qaydalarına uyğun olaraq sığortalanır.

Bankın təklif etdiyi əmanət şərtləri hər kəsin ürəyincədir.
Təsadüfi deyil ki, ötən il depozit portfelinin artımına görə
banklar arasında ən yüksək dinamika (50%) Yelo Bank-da müşahidə
olunub. Bankın hazırda depozit portfeli 500 milyon manata
yaxınlaşır.

Ətraflı məlumat üçün: https://bit.ly/ylths

Bank xidmətləri, o cümlədən, əmanət faizləri
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: