Azərbaycan ilə Afrika qitəsi arasında əməkdaşlıq daim inkişaf edir – Ceyhun Bayramov

Azərbaycan ilə Afrika qitəsi arasında əməkdaşlıq daim inkişaf
edir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov “Afrika Günü”nə həsr olunan “Qoşulmama Hərəkatının
qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda
deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Afrika qitəsi arasında
əlaqələrin inkişaf etdirilməsi və şaxələndirilməsi istiqamətində
işlər görülür.

“Azərbaycanın Qoşulama Hərəkatına sədrliyi dövründə Afrika qitəsi
ilə əlaqələri daha da inkişaf edib. Afrika qitəsi Qoşulmama
Hərəkatında mühüm rol oynayır. Azərbaycan pandemiyanın Afrika
ölkələrinə təsirlərini azaltmaq üçün onlara humanitar və tibbi
yardım göstərib. Eyni zamanda, Azərbaycan UNESCO ilə birlikdə
Afrikada qızlarn təhsil almasını inkişaf etdirmək üçün layihələr
həyata keçirib”, – deyə nazi bildirib.

Teqlər: