Yelo Bank-da Autizm Günü təşkil edildi (FOTO)

Aprel ayı dünyada Autizm Maarifləndirmə Ayı kimi geniş qeyd
edilir. Autizmə diqqət və dəstək məqsədli ardıcıl layihələr həyata
keçirən Yelo Bank bu dəfə qapılarını “Birgə və Sağlam” İctimai
Birliyinə açdı. Bankda təşkil edilmiş Autizm günü çərçivəsində
təşrif buyuran autizm spektrli uşaqlar adi iş gününə fərqli
atmosfer qatdılar.

Qonaqlar Baş ofisdəki iş mühiti və kollektivlə tanış oldular.
Daha sonra birliyin nəzdində fəaliyyət göstərən “Kashalata Café”
tərəfindən Bankın yeməkxanasında şirniyyat yarmarkası həyata
keçirildi. Autizm sindromlu gənclərin hazırladığı müxtəlif
şirniyyatlar əməkdaşların böyük marağına səbəb oldu.

Qonaqlar Yelo Bank-a xüsusi sürpriz də hazırlamışdılar:
yarmarkanın ardınca Bank-ın tədbir zalında birliyin “Mavi Ürəklər”
xor qrupu konsert proqramı ilə çıxış etdi. İstedadlı qrup
üzvlərinin çıxışları tədbirin axarına xüsusi rəng qatdı. Konsertdə
ifa zamanı əməkdaşlar da qrup üzvlərini müşahidə etdilər. Tədbirdə
Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və
Birliyinin sədri Aytən Eynalova söz alaraq autizmli şəxslərin
cəmiyyətə adaptasiyasını dəstəkləmək üçün bu kimi layihələrin nə
qədər önəmli olduğunu vurğuladılar.

Yelo Bank cəmiyyətdə autizm sindromlu uşaqlara tolerantlığı
artırmaq məqsədilə davamlı təşviqat və təbliğat layihələri həyata
keçirəcək. Bankın bu cür sosial təşəbbüslərdə əsas məqsədi autizmə
fərqlilik, eyni zamanda bərabərlik kimi yanaşmanı aşılamaqdır. Qeyd
edək ki, bu Yelo Bank-ın ay ərzində autizmə dəstək məqsədilə
keçirilmiş 2-ci layihəsidir. Əvvəlki layihə çərçivəsində Bank
autizm spektrli və digər fiziki imkanları məhdud uşaqlarla birgə
quş yuvaları düzəldərək şəhərimizin müxtəlif parklarında
yerləşdirib.

Bank xidmətləri haqqında
əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: