Tender elanı
“Yelo Bank” ASC “Hyper-converged” bulud həllinin yaradılması məqsədilə açıq tender elan edir.
Texniki şərtlər və digər tələblər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.
1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
– Qiymət təklifi
– İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
– Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
– Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan olunduqdan sonra)
– Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)
2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
– Tender təklifləri 19 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
– Zərflərin hər küncü möhürlənməlidir.
– Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
3. Ödəniş və digər şərtlər
– Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
– Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
– Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.
– Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
4. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
– Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
– Ödəmə qabiliyyəti olmalı;
– Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
– Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
5. Satınalan təşkilatın ünvanı
Bakı ş. Puşkin küçəsi 30, AZ1010
Əlaqələndirici şəxs:
1)Nigar Baxşiyeva
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+9455 4577616
[email protected]