Təhsil Nazirliyi valideynlərin imzaladığı iltizamla bağlı iddialara aydınlıq gətirib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Dünən sosial şəbəkədə məktəblərdə valideynlərin imzaladığı iltizamlardan biri tamamilə yanlış şərh edilib. Yayılan səsdə deyildiyi kimi, bu iltizamla şagird COVİD-19-a yoluxduqda bütün məsuliyyət valideynlərin üzərinə düşmür.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, əslində, yanlış şərh edilən həmin iltizamda valideyn məktəb rəhbərliyi ilə birgə belə bir öhdəlik götürür ki, əgər övladında və ailə üzvündə COVİD-19 simptomları varsa, o, övladını məktəbə göndərməyəcək və onu təcrid edəcək. Valideyn bu halla bağlı məktəbi də məlumatlandırmalıdır:


“Bu iltizamın məqsədi yoluxmanın qarşısını almaqdr. Biz burada məsuliyyəti valideynin üzərinə atmırıq”.

Teqlər: