Yelo Bank 3 mükafata layiq görüldü

Yelo Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən
2021-ci ildəki fəaliyyətinə görə mükafatlara layiq görülüb. Bank
ötən il həyata keçirdiyi təşəbbüskar layihələrə və dəstək
tədbirlərinə əsasən üç nominasiya üzrə dəyərləndirilib:

– İl ərzində keçirilmiş sosial layihələrə görə “Korporativ
sosial məsuliyyət” mükafatı;

– Əhalinin maliyyə savadlığının inkişafına töhfə vermiş bank
kimi “Ən fəal maliyyə savadlığı dəstəkçisi” mükafatı.

– Tələbələrin karyera imkanlarının genişləndirilməsi üçün
reallaşdırılan proqramlara görə “Ən fəal təhsil dəstəkçisi”
mükafatı.

Bank gələcəkdə də həm korporativ sosial məsuliyyət, həm də təhsil
və maarifləndirmə istiqamətində təşəbbüskar addımlarını fəal
şəkildə davam etdirəcək.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq! Banka gəlmədən
tək şəxsiyyət vəsiqəsi ilə kredit
əldə etmək istəsəniz, mobil
tətbiqimizi yükləyə bilərsiniz.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: